“Hilton” oteli 2010-cu ilə kimi istifadəyə veriləcək
Azərbaycan mehmanxanasının yerində inşa ediləcək “Hilton” oteli 2010-cu ilə kimi istifadəyə veriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Baş məsləhətçisi Bəxtiyar Qılıcov verib. B.Qılıcov yaxın vaxtlarda otelin inşasına start veriləcəyini bildirib. O, dünyanın məşhur mehmanxana brendlərindən olan “Hilton”un ən müasir Avropa standartlarına uyğun tikiləcəyini və şəhərimizə xüsusi gözəllik verəcəyini bildirib. B.Qılıcovun sözlərinə görə, gələcəkdə digər məşhur mehmanxana brendlərinin də ölkəmizə gəlməsi gözlənilir. //AZADINFORM



Olkəmizin inkişafına sevinirik.
İyul 24, 2008 19:39