Hollandiyada ilk dəfə Azərbaycan haqqında kitab nəşr olunub
Bu günlərdə Hollandiyada ilk dəfə olaraq Azərbaycan haqqında kitab işıqq üzü görüb. Bu barədə "Qaynar" xəbər saytina kitabın həmmüəllifi, "Azerunited" cəmiyyətinin üzvü Tofiq Hacılı məlumat verib. Onun sözlərinə görə, kitabın bir layihə olaraq ortaya gəlməsi və eləcə də bu layihənin həyata keçirilməsi Hollandiyadakı Azərbaycan cəmiyyətlərindən biri - "Azeriunited" cəmiyyətinə məxsusdur. Kitabın ərsəyə gəlməsində ondan çox insanın əməyi olsa da, konkret müəlliflər "Azeriunited" cəmiyyətinin üzvləri Lalə Məmmədova və Tofiq Hacılıdır.Kitabda Azərbaycan mətbəxi haqda məlumat, eləcə də bir çox Azərbaycan yeməklərinin resepti öz əksini tapıb. Qeyd edək ki, kitabda həm də Azərbaycanın bir çox görməli yerlərinin şəkli, tarixi, mədəniyyəti, musiqi və tanınmış alimləri, musiqişiləri, yazıçıları yer alıb. Bir sözlə, kitab təkcə Azərbaycan mətbəxi yox, eləcə də Azərbaycan haqqında yığcam məlumat mənbəyi kimi çox faydalıdir.Kitab 1 avqustdan Hollandiyanın bütün kitab mağazalarında satışa çıxıb. // QayNar


