Reklam verin!

HAKERLƏR 300 SİONİST SAYTINI DAĞIDIB

Yazar: Admin @ Yanvar 2, 2009 1:09

Dünya hakerlərinin Qəzzadakı bombalara virtual etirazı…

Qəza"Newswise" (Nyusvays) saytının verdiyi məlumata görə Birminqem Alabama Universiteti Kompüter Tədqiqat mərkəzi bildirib ki, son 48 saatda 300-dən çox sionist internet saytı dağıdılıb. Onlar sayta öz anti-soinist ismarıclarını qoyublar.

 

Davamı...

İctimai xəbərlər, Ordan-burdan | Şərhlər(0)
Baxış sayı: 4
Açar sözlər:
Bookmark and Share

Bu il Fransada "Türk ili"dir

Yazar: Admin @ Yanvar 2, 2009 0:35

TürkBu il "Fransada Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyət perspektivləri və lobbiçilik istiqamətində qarşıda duran vəzifələr" mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"İA-ya Diasporlarla İş üzrə Dövlət Komitəsindən daxil olub. Konfransda Azərbaycan və türk diaspor təşkilşatlarının rəhbərləri iştirak edəcək.

Davamı...

İctimai xəbərlər, Ordan-burdan | Şərhlər(0)
Baxış sayı: 4
Açar sözlər:
Bookmark and Share

MRTŞ-ın "yeni il hədiyyəsi"

Yazar: Admin @ Yanvar 1, 2009 23:48

MTRŞ-ın dekabr ayının 30-da keçirilən iclasında qəbul edilmiş qərarlar bu gün icra olundu.

MTRŞ

 

Yeni il gecəsi düz gecəyarısı MTRŞ-nın qərarını icra edən Rabitə nazirliyi Azadlıq Radiosunun FM dalğasında yayımını kəsib.  Bu barədə Azadlıq radiosunun internet səhifəsində məlumat yayılıb. Məlumata görə, FM yayımının son verilişi Azadlığın simvolu olan Uzeyir Hacıbəylinin uvertürası ilə başa çatıb.

Həmçinin bu gündən etibarən MRTŞ-ın qərarı ilə “Amerikanın səsi”  "BBC" və "Europa+"-un da yaymı dayandırılıb.

Davamı...

İctimai xəbərlər | Şərhlər(0)
Baxış sayı: 5
Açar sözlər:
Bookmark and Share

Bayramlarınız mübarək !

Yazar: Admin @ Yanvar 1, 2009 1:57

 

2009

Sizi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edir və artıq qədəmlərini qoymuş yeni 2009-cu ildə sağlam həyat, xöşbəxtlik və bol ruzi-bərəkət arzu edirəm.

Bayramlarınız Mübarək!

İctimai xəbərlər | Şərhlər(0)
Baxış sayı: 5
Açar sözlər:
Bookmark and Share

AZƏRBAYCANLI MİLYARDERİN TÜRK SEVGİLİSİNDƏN TƏZƏ XƏBƏR

Yazar: Admin @ Yanvar 1, 2009 1:28

M.MənsimovLənkəranın “Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun yaxın münasibətdə olduğu keçmiş maneken Dəniz Akkaya məhkəmə çəkişməsində qalib gəlib. apasport.az saytının məlumatına görə, 31 yaşlı model artıq fəaliyyətini dayandırmış İTO təşkilatının rəhbəri Mehmet Yıldırımı məhkəməyə vermişdi. Akkayanın ittihamları öncə rədd edilsə də sonradan daha yüksək instansiya məhkəməsi tərəfindən onun xeyrinə qərar çıxarılıb.

Davamı...

Yerlibaz, Maraqlı xəbərlər | Şərhlər(0)
Baxış sayı: 7
Açar sözlər:
Bookmark and Share

MRTŞ-dan daha bir "yeni il hədiyyəsi"

Yazar: Admin @ Dekabr 31, 2008 3:56

Europa+Milli Televiziya və Radio Şurasının (MTRŞ) dekabrın 30-da keçirdiyi iclasında “Avropa+” radiostansiyasının fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib. RİA-nın məlumatına görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib. iki il əvvəl radioya lisenziya verilərkən bir çox öhdəliklər götürülüb. Ancaq “Avropa+” öhdəliklərin çoxunu yerinə yetirməyib.

Davamı...

İctimai xəbərlər | Şərhlər(0)
Baxış sayı: 4
Açar sözlər:
Bookmark and Share

Az. TV “Sport” yanvarın 1-dən yayıma başlayacaq

Yazar: Admin @ Dekabr 31, 2008 3:40

Yanvarın 1-dən Azərbaycanda yaradılan yeni idman kanalı - “İdman Azərbaycan” fəaliyyətə başlayacaq.

Sport TVBu barədə APA-ya “Azərbaycan Dövlət Televiziyası” (Az.TV) QSC-in mətbuat xidmətinin rəhbəri X.Qasımlı məlumat verib. Onun sözlərinə görə, yanvarın 1-dən 22-nə qədər “İdman-Azərbaycan” (Az. TV “Sport”) kanalının sınaq yayımları keçiriləcək. Sınaq yayımları hər gün axşam saatlarında üç saat davam etdiriləcək. Verilişlərin həcmi isə əvvəlcə 11 saata, daha sonra 12-15 saata çatdırılacaq. X. Qasımlının sözlərinə görə, ilkin dövrlərdə “İdman-Azərbaycan” kanalının verilişlərinə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində baxmaq mümkün olacaq. Bir aydan sonra isə kanalın bütün ölkəyə yayımlanması təmin olunacaq.

“İdman-Azərbaycan” kanalında futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışlar Azərbaycan dilində nümayiş etdiriləcək və bütün ölkə vətəndaşları bu yarışlara pulsuz baxmaq imkanı əldə edəcəklər.

Davamı...

İctimai xəbərlər, İdman xəbərləri | Şərhlər(0)
Baxış sayı: 16
Açar sözlər:
Bookmark and Share

Milli Məclis “Təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Yazar: Admin @ Dekabr 31, 2008 3:33

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adının dəyişdirilərək Biliklərin Qiymətləndirilməsi Komissiyası olması təklif edilib

Milli_Məcilis

Verilən xəbərinə görə, layihənin müzakirəsi zamanı çıxış edən deputatlar təkliflərini bildiriblər. Daha sonra layihə səsə qoyulub və 3 nəfər əleyhinə, 104 nəfər lehinə olmaqla qəbul edilib. Spiker Oqtay Əsədov layihə ilə bağlı səsləndirilən təkliflərin nəzərə alınacağını deyib.

Davamı...

İctimai xəbərlər | Şərhlər(0)
Baxış sayı: 4
Açar sözlər:
Bookmark and Share

Ebru Gündeş azərbaycanlı iş adamına görə sevgilisindən ayrılıb

Yazar: Admin @ Dekabr 31, 2008 3:23

Ayrılığın səbəbi isə Gündeşin son albomu "Evet"dəki "Sadece Sevdim" mahnısının söz və musiqisinə imza atan Azərbaycanlı Rza Zərrab adlı iş adamıdır. "Təqribən 1,5 ildir davam etməkdə olan birliyimizi, bütün səylərimizə, bir-birimizə olan sevgi və hörmətimizə baxmayaraq həyat tərzi və xarakterlərimizdəki fərqliliklər səbəbindən arzu etdiyimiz nəticəyə artıq daşıya bilməyəcəyimizi görərək başa çatdırmış durumundayıq" deyən cütlük, bu qərara hörmət edən hər kəsə də təşəkkür edib.

İbrahim Tatlısəs və Sibel Can kimi ünlü sənətçilərin albomlarına mahnı verən Zərrab, içində 6 müxtəlif şirkəti əhatə edən "Royal Dənizçilik" şirkətinin də sahibidir. Təqribən iki aydır görüşən cütlük, əlaqələrini gizli saxlayır.

Davamı...

Şou-biznes xəbərləri, Yerlibaz | Şərhlər(0)
Baxış sayı: 17
Açar sözlər:
Bookmark and Share

MRTŞ-ın qərarı beynəlxalq aləmdə pislənilir

Yazar: Admin @ Dekabr 31, 2008 2:49

Milli Televiziya və Radio Şurası 

 Milli Televiziya və Radio Şurasının qərarı neft ölkəsi Azərbaycanda söz azadlığının böğulmasında növbəti addımdır”. Bunu «Röyters» Agentliyi yazır.

BBC radiosunun rəsmi Bakının qərarı ilə bağlı bəyanatı: "Biz təəsüf edirik ki, bu qərar Azərbaycanda yüz minlərlə dinləyicini BBC-nin Bakıdakı yüksək keyfiyyətli 103.3 FM tezliyində azərbaycan, ingilis, rus və türk dillərində müstəqil, qərəzsiz və obyektiv xəbər və məlumatlar almaq imkanından məhrum edəcək".

ABŞ Dövlət Departamenti bəyanat yaydı: "Biz Azərbaycan hökumətinin «Amerikanın səsi», «Azadlıq» radiosu və BBC radiolarının lisenziyasını təzələməmək qərarından dərin təəssüf hissi keçiririk. Bu media qurumları Azərbaycanda demokratik debat, eləcə də ideya və informasiyanın azad mübadiləsində önəmli rol oynayır".

“Frans Press” agentliyi  isə yazır ki, "İndi yerli tezliklərdə yayımı dayandırılan xarici radiolar Azərbaycanda informasiyanın yeganə müstəqil mənbələrindəndir".

Davamı...

İctimai xəbərlər | Şərhlər(0)
Baxış sayı: 6
Açar sözlər:
Bookmark and Share

« Əvvəlki səhifə   Yazılar cəmi: 487    Sonrakı səhifə »